Dünya 

Gürcüstanda sentyabrın 15-də məktəblər, oktyabrın 1-də isə uşaq bağçaları açılacaq

Gürcüstanda sentyabrın 15-də bütün məktəblər açılacaq. Uşaq bağçalarının açılışı isə oktyabrın 1-nə nəzərdə tutulur.

ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib. Onun sözlərinə görə, sentyabrın 15-dən Gürcüstandakı muzeylər və teatrlar da fəaliyyətini bərpa edəcək. Kinoteatrlar isə oktyabrın 1-dən fəaliyyətə başlayacaq.

Baş Nazir deyib ki, məktəb və uşaq bağçalarında sürətli dezinfeksiya tədbirləri görülür. Təhsil və uşaq tərbiyə müəssisələrinin fəaliyyəti üçün müəyyən qaydalar da işlənib hazırlanıb.

Daha çox xəbərlər