İsveçrənin www.travel-blog.ch səyahət portalında Azərbaycanın turizm imkanları barədə məlumat verilib
ARANTV.AZ xəbər verir ki, İsveçrənin www.travel-blog.ch səyahət portalında Azərbaycanın turizm imkanlarından bəhs edən yazı yerləşdirilib. Məqalədə Azərbaycan haqqında, turistlər üçün maraqlı ola biləcək informasiyalar, ölkəmizin coğrafi xüsusiyyətləri, səyahət üçün maraqlı məkanlar, eyni zamanda, Bakıda keçirilən kütləvi idman və mədəni tədbirlər haqqında ətraflı məlumat əksini tapıb. Məqalədə həmçinin qeyd edilir ki, “Azərbaycan Hava Yolları” oktyabrın 30-dan Bakı-Cenevrə-Bakı marşrutu üzrə uçuşlara başlayacaq. Uçuşla bağlı ətraflı məlumat verilərək bildirilir ki, aviareyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

