ƏƏSMN-nin elektron xidmətlərinə 9 ayda 7,8 milyon müraciət qeydə alınıb
ARANTV.AZ xəbər verir ki, bu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərə təxminən 7,8 milyon müraciət qeydə alınıb. Nazirliyin e-xidmətləri arasında ən çox müraciət olunanı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidməti olub. Bununla yanaşı, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” “E-Hökumət” portalında vətəndaşların daha çox istifadə edəcəyi e-xidmətlər arasındadır.

