Trampın müşaviri İlham Əliyevə təşəkkür etdi
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən gün Bakıda rəsmi səfərdə olub.
ARANTV.AZ xəbər verir ki, Con Bolton Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirib.
Trampın müşaviri Tvitter səhifəsində Bakıdakı mətbuat konfransından foto paylaşıb. O, fotonun altına “Azərbaycana səfər etdim. Prezident İlham Əliyevə isti qarşılanmaya görə təşəkkür edirəm. Regional və enerji təhlükəsizliyi məsələlərinə dair pozitiv müzakirələr apardıq” yazıb.
Great stop in Azerbaijan. Thank you to President Aliyev for his warm welcome. We had positive discussions on a wide range of regional and energy security issues. pic.twitter.com/PGaRrVSYsY — John Bolton (@AmbJohnBolton) 24 Ekim 2018
Ölkə.Az

