Türkiyədə koronavirus vaksininin sınaqları başlayır
Türkiyədə koronavirus vaksininin sınaqları başlayacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, sınaqlarda ölkənin müxtəlif regionlarından 700 könüllü iştirak edəcək.
Vaksinin sınaqlarını sentyabrın əvvəlində başlaması planlaşdırılır.
Qeyd edək ki, Türkiyədə bu günədək 263 998 nəfər koronavirusa yoluxub, 6 209 nəfər ölüb.

