Hadisə 

Bakıda maşın 2 hərbiçini vurdu

Bu gün Xətai rayonu, Nobel prospektində, “Asiman” şadlıq evinin qarşısında maşın iki hərbiçini vurub. Onlardan birinin 20, digərinin 21 yaşı var. Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb.

ARANTV.AZ xəbər verir ki, faktı virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib. Yaralıların vəziyyəti orta-ağırdır.

Xəstəxanadan bildiriblər ki, yaralılardan biri Vüqar Mahmudov, digəri Dəniz Qasımovdur. Hər iki şəxsdə sınıq və travmalar var.

Daha çox xəbərlər