Nazir: Həmsədrlər gələn həftə regiona səfərə gələcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər.
ARANTV.AZ-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsi nəzərdə tutulur:
“Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq”.oxu.az

