Prezidentin köməkçisindən virusun alovlanması ilə bağlı HƏYƏCAN TƏBİLİ
Şirvan şəhərində xəstəxanalardan birində koronavirus ocağı müəyyən edilib və TƏBİB tərəfindən dərhal tədbir görülüb.
ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, virusun alovlanma tendensiyası ola bilər:
“Bu yaxınlarda Şirvan şəhərində müəyyən edilən koronavirus ocağı lokal şəkildə məhdudlaşdırıldı. TƏBİB tərəfindən dərhal tədbir görüldü. Virusun daha geniş şəkildə yayılmasının qarşısı alındı”.

