Hadisə 

Salyanda qəza: Ölən var

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bildirilib ki, “Mercedes” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü, rayonun Kürqaraqaşlı kənd sakini, 1952-ci il təvəllüdlü Zeynalov Sərdar Nadir oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.“Report”

Daha çox xəbərlər