Azərbaycanın koronavirus vaksinləri alması ilə bağlı AÇIQLAMA
Koronavirusa qarşı vaksinlərin yaradılması Azərbaycan tərəfindən diqqətdə saxlanılır.
ARANTV.AZ Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, operativ qərargah nəzdində yaradılmış xüsusi qrup koronavirusa qarşı vaksinlərin yaradılması istiqamətində iş aparan dünyanın aparıcı şirkətləri ilə sıx əlaqədədir:
“Dünya səviyyəsində qəbul olunmuş və sertifikasiya edilmiş vaksinlərin ölkəyə gətirilməsi və tətbiq olunması istiqamətində məsələlər diqqətdə saxlanılır.
Burada dərin araşdırma aparmağa ehtiyac var, əks təsirləri olmayan və dünya səviyyəsində sertifikasiya olunan vaksinlər diqqətdə saxlanılacaq”.

