Sosial 

Prezidentin köməkçisi: “Karantinə görə martdan bəri atamı görə bilmirəm”

Axırıncı dəfə atamı mart ayının 13-də görmüşəm.

ARANTV.AZ Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:

“Övladımın ad günündən sonra görməmişəm. İstərdim ki, rayonlara gediş-gəliş açılsın, atamı görüm. Burada əsas məqsəd insanların sağlamlığını qorumaqdır. Ümid edək ki, yaxın vaxtlarda aparılan araşdırmalar nəticəsində belə qərarı da buradan açıqlayarıq”.

Daha çox xəbərlər