Sosial 

Ermənistan ordusunda koronavirusa kütləvi yoluxma var – RƏSMİ

Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya edilmiş Ermənistan ordusunun şəxsi heyəti arasında koronavirusa kütləvi yoluxma halları var.

ARANTV.AZ Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.O bildirib ki, işğalçı ordu qüvvələri Ermənistanla işğal olunmuş ərazilərdə daimi hərəkətdə olduqları üçün yoluxma halları artır.Oxu.Az

Daha çox xəbərlər