Prezidentin köməkçisindən həftəsonu nəqliyyat məhdudlaşdırmaları ilə bağlı AÇIQLAMA
Həftəsonları məktəblər bağlıdır, nəqliyyatın məhdudlaşdırılması burada heç bir problem yaratmır.
ARANTV.AZ Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, həftəsonları nəqliyyatın məhdudlaşdırılması yoluxma halının artmasının qarşısını almaq üçündür:
“İnsanların gərək olmadıqca küçələrə çıxmaması, bir ərazidə, qapalı məkanlarda toplaşmaması üçün bu, vacib məqamlardan biridir. Bu günə qədər aparılan monitorinqlər yoluxma halının stabilliyini göstərir.
Məqsədimiz bu dinamikanı qorumaqdır. Tətbiq edilən qaydalar öz müsbət nəticəsini verir”.

