Azərbaycan Sloveniyaya təşəkkür etdi
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Sloveniya Respublikası Milli Şurasının sədri Aloyz Kovşa ilə görüşüb.
ARANTV.AZ xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər və enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
E.Məmmədyarov Sloveniya qanunverici orqanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə və Sloveniya Milli Şurasnın Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərara görə həmsöhbətinə öz təşəkkürünü bildirib.
Tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
oxu.az

