Maraqlı 

Şaurmanın FAYDALARI AÇIQLANDI

Bir çoxlarının zərərli bildiyi, lakin yenə də iştahla yediyi Şaurma əslində orqanizm üçün təhlükəli deyil, çünki bu yeməkdə zülal, yağ və karbohidrat tarazlığı var. Həmin səbəbdən onu hətta axşam yeməyinə də yemək olar, lakin bunu hər gün etmək məsləhət deyil.

ARANTV.AZ-ın  verdiyi xəbərə görə, bu barədə qastroenteroloq, diyetoloq Nuriyə Dianova şaurmanın faydaları barədə danışarkən bildirib.

Lakin küçədə satılan şaurmalar sanitariya normalarının tez-tez pozulduğu üçün təhlükəli ola bilər.

Ekspert “fastfood” yeməklərinin həvəskarlarını ətin keyfiyyətinə və lavaşda kifin olmamasına diqqət etməyə çağırıb.

Diyetoloqun fikrincə, şaurmada ən zərərli maddələr ketçup və xardal kimi souslar, eləcə də duzlu xiyar və acı bibər qatqılarıdır.

Şaurmanın faydalı olması üçün Dianova onu ev şəraitində bişirməyi məsləhət görüb:

“Əti sobada, yaxud aeroqrildə bişirib zolaq-zolaq dograyın, zövqə görə tərəvəzləri əlavə edərək lavaşa bükün”BiG.AZ

Daha çox xəbərlər