Əmircan qəbiristanlığı məişət tullantılarından təmizləndi – FOTO
Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbiristanlığın ərazisi məişət tullantılarından təmizlənib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Bildirilib ki, nazirliyin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları məsələ ilə bağlı araşdırma aparıblar.
Xidmətin rəis müavini Ramal Bağırov Oxu.Az-a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb.
“Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Suraxanı rayon MKTB-yə məcburi göstəriş verilib”.

