Təhsil 

700 balı bu dəfə Hüseyn topladı

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə maksimal nəticəni göstərən Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev olub.

Belə ki, imtahanın I mərhələsində 300 bal toplayan Hüseyn bu dəfə 400 bal yığıb və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 ballıq nəticə göstərib.

Daha çox xəbərlər