Gündəm 

Moldova Azərbaycan qazına çıxış əldə edəcək

Moldovanın Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycan qazına çıxış əldə edə bilər.

ARANTV.AZ  xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Alen Pillu deyib.

Onun sözlərinə görə, Moldova TAP-a Ungenı-Kişinyov kəməri vasitəsilə qoşulacaq.

Yaxın vaxtlarda istifadəyə veriləcək 120 kilometrlik Ungenı-Kişinyov kəməri Moldovaya enerji sahəsində müstəqillik əldə etməyə və qaz tədarükünün təhlükəsizliyinin təminatına imkan verəcək. Sözügedən kəmər Rumıniya və Moldovanın qaz-nəqliyyat sistemlərini birləşdirəcək.Oxu.Az

Daha çox xəbərlər