Sosial 

Sumqayıtın xəstəlik saçan küçəsi niyə unudulub? – VİDEO

Sumqayıtda unudulan ərazi dəhşət saçır.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib. Söhbət şəhərin Stansiya Sumqayıt adlanan ərazisindən gedir.

Sakinlərin sözlərinə görə, ərazidə zibillik əlindən yaşamaq mümkün deyil:

“İki ildən çoxdur ki, əraziyə məişət tullantıları atılır. Ərazidə bataqlıq, natəmizlik baş alıb gedir. Dəfələrlə aidiyyəti qurumlara, icra hakimiyyətinə müraciət etsək də, şikayətimizə baxan olmayıb. Hər gün bu yoldan mindən çox ailə istifadə edir. Bu şəraitdə hər cür xəstəlik yarana bilər. Xahiş edirik ki, məsələnin həlli üçün köməklik göstərəsiniz”.

 

Daha çox xəbərlər