Sosial 

Gülhanə Tibb Fakültəsinə və Rusiya Hərbi Tibb Akademiyasına kursant qəbulu üçün müsabiqə elan edilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə 2020-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Daha çox xəbərlər