Hadisə 

Toyda rəqs etmək üstündə qətl törədən bəyin dayısı MƏHKƏMƏ QARŞISINDA

Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

ARANTV.AZ-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxış iclası noyabrın 2-ə təyin edilib.

Qeyd edək ki, bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Gedəzeyxur kəndində qeydə alınıb.

Kənddə keçirilən toy mərasimi zamanı gecə saat 23:30 radələrində dava düşüb. Xalid adlı kənd sakininin oğlunun toyuna Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlanıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisəni törədən 39 yaşlı S.Mirzəbəyov bəyin dayısıdır.

open.az

Daha çox xəbərlər