“Elə bildim maşın gəlib, baxdıq ki, güllə səsidir” – Ölümdən qorxmayanlar – VİDEOREPORTAJ
Son günlər Tovuz rayonun Ağdam kəndində atəşkəs rejiminin pozulması halları artıb.
BakuTV xəbər verir ki, Ermənistan tərəfi növbəti dəfə cəbhənin bu istiqamətində təxribat yaratmaq istəyir.
Silahlı qüvvələrimizin mövqeləri və mülki şəxslər hədəfə alınır. Kənd sakinlərinin sözlərinə görə, düşmən atəşkəsi pozmağa çalışsa da, silahlı qüvvələrimizin sərrast cavab həmləsi ilə qarşı tərəf susdurulur.
Məlumat üçün bildirək ki, atəşkəsin intensiv pozulması nəticəsində mülki evlərə ziyan dəyib. Ağdam kəndindəki əksər evlərdə güllə izlərini görmək mümkündür.
Lakin bütün çətinliklərə baxmayaraq əhali normal həyatını yaşamağa çalışır. Kənd təsərrüfatı ilə məşğul olan insanlar gündəlik təsəffüratları ilə məşğul olur, torpaq sahələrini becərirlər.

