Dünya 

2021-ci ilin ortalarınadək koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə gözlənilmir – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ilin ortalarınadək dünyada koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə gözləmir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Marqaret Harris brifinq zamanı deyib.

O bildirib ki, həmin müddətədək kütləvi peyvəndləmə real görünmür: “Hazırda kifayət qədər potensial vaksinin kliniki sınaqlarının üçüncü mərhələləri davam edir. Bu vaksinlərin sınaqlarının başa çatması və təsdiqlənməsi üçün vaxt lazımdır”.

Daha çox xəbərlər