Dünya 

Ukraynada koronavirusa yoluxmada rekord qeydə alınıb

Ukraynada yenidən koronavirusa yoluxmada yüksək göstərici qeydə alınıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, son sutka ərzində ölkədə 2 836 nəfər koronavirusa yoluxub. Ötən gün bu göstərici 2 723 nəfər olub.

Ölkədə daha 50 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ukraynada koronavirusa yoluxanların sayı 133 787 nəfərə çatıb. Onlardan 2 811 nəfəri ölüb, 61 649 nəfəri sağalıb.

Daha çox xəbərlər