Hadisə 

Samovar çayı içmək istədi, xəstəxanalıq oldu

Lənkəranda çay içmək istəyən şəxs xəstəxanalıq olub.

ARANTV.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Xanbulan kəndində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Cəfərov İsgəndər Tofiq oğlu ehtiyatsızlıqdan bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Buna səbəb samovarı yandırmaq istəyərkən səhvən benzindən istifadə etməsi olub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daha çox xəbərlər