Sosial 

Azərbaycan Konqreslər Bürosunun direktoru dünya tədbirlər sənayesinin 100 ən nüfuzlu şəxsindən biridir

Dünyada tədbirlər sənayesi üzrə mühüm platforma sayılan, həmçinin auditoriyasına statistik və məlumatlandırıcı informasiyalar çatdıran “Eventex” 2020-ci ildə işgüzar tədbirlər sənayesinin ən nüfuzlu 100 insanını təqdim edib.

26 ölkədən olan şəxslər arasında Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva da yer alıb.

Platformanın bildirdiyinə görə 5500-dən çox insanın səsverməsi ilə seçilən 100 şəxs yaradıcılığı, baxış tərzi, yenilikçilik qabiliyyəti ilə tədbirlər sənayesində xüsusi fərqlənən insanlardır.

2009-cu ildə təsis edilən “Eventex” platforması 85 ölkədən 950-dən çox şirkəti özündə birləşdirir. Platforma, eyni zamanda tədbirlər sənayesində müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edir.

Daha çox xəbərlər