Əfqanıstanda partlayış – 7 ölü, 12 yaralı
Əfqanıstanın mərkəzi hissəsindəki Vardak əyalətində partlayış törədilib.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 7 nəfər həlak olub.
Daha 12 nəfərin yaralandığı deyilir. İlkin məlumatlara əsasən, hücumun hədəfi polis idarəsi olub.
Partlayışla əlaqədar məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb.

