Maraqlı 

Pəhriz məhsulları kilo almağımıza səbəb ola bilərmi?

Arıqlamaqda çətinlik çəkirsiniz?

”Sağlam” saydığımız qidalar bir çox pəhriz menyusunda olmasına baxmayaraq o qədər də məsum deyil. Kilo verməyinizə mane olan və ya düzgün zamanda istehlak edilmədikdə kilo almağınıza səbəb olan qidaları sizin üçün təqdim edirik.

Pəhriz məhsulları

Bu məhsullar düşünülənlərin əksinə sağlam seçim deyildir. Bir çox insan kalorisiz qazlı içkilər və ya pəhriz yeməkləri seçəndə kökəlməyəcəklərini düşünür. Ancaq bu fikirlər tamamilə yanlışdır.

Bir çox pəhriz məhsulunda zərərli kimyəvi maddələr var. Diyetik qəlyanaltılar və ya içkilər,  uzun müddətdə, kilo verməyinizə mane ola bilər və ya əksinə kilo almağınıza da səbəb ola bilər. Arıqlamaq və ya çəkinizi qorumaq istəyirsinizsə, pəhriz məhsullarından və qazlı içkilərdən uzaq olun. Məsələn, pəhriz qatığı istehlak etmək əvəzinə, lazımi miqdarda və az yağlı ev qatığı istehlak edə bilərsiniz.

Qranola çubuqları

Marketlərdən alınan qranola barlarda yüksək miqdarda şəkər var. Hazır qranola çubuqları arıqlamağınızın qarşısını ala biləcəyinizi düşünsəniz də , əksinə tərkibindəki çox miqdarda şəkər səbəbindən kilo almanıza səbəb ola bilər. Qranola istehlak etmək istəsəniz, sadə üsullarla öz qranolunuzu hazırlaya bilərsiniz. Əlbəttə ki, özünüz hazırlasanız belə, yüksək qida dəyəri olan bu yeməyi az miqdarda istehlak etmək faydalıdır.

Qurudulmuş meyvələr

Pəhriz zamanı edilən ən böyük səhvlərdən biri də istədiyiniz qədər meyvə istehlak edə biləcəyinizi düşünməkdir. Qurudulmuş meyvələr təbii olsa da, yüksək miqdarda şəkər ehtiva edir. Quru meyvələrdə porsiya nəzarəti, adi meyvələrdən fərqli olaraq çox çətin ola bilər. Bu səbəbdən də quru meyvələri istehlak edərkən diqqətli olmalısınız.

Avokado

Pəhriz menyusunun əvəzolunmazı olan avokado sağlam yağ istehlak etmək istəyənlər üçün əla seçimdir. Ancaq lazımlı miqdarda istehlak edilmirsə, həddindən artıq yağ qəbuluna və bu səbəbdən kilo alınmasına səbəb ola bilər. Ancaq narahat olmaq lazım deyil. Avokado istifadə etdiyiniz günlərdə yağsız və ya az yağlı yeməklər seçmək kilo almağınızın qarşısını alacaq.

Pendir

Səhər yeməklərimizin ayrılmaz hissəsi sayılan pendirdə yüksək

miqdarda protein, həm də kalsium var. Əlbəttə ki, tərkibində çox miqdarda yağ olduğunu unutmamalıyıq.İstehlak miqdarı nəzarəti xüsusilə səhər yeməyində çox vacibdir. Pendir istehlak etmək istəyirsinizsə, seçiminizi yağsız pendirlərdən etməlisiniz.

Samirə İsmayılova,

“İki sahil”

Daha çox xəbərlər