Dünya 

Pakistanda ölənlərin sayı 19-a çatdı

Pakistanda mərmər mədənində baş verən uçqun nəticəsində ölənlərin sayı 19-a çatıb.

ARANTV.AZ  APA-ya istinadən verdiyi xəbərə görə, Pakistanın Hayber-Paxtunxva əyalətinin Mohmand rayonundakı mərmər mədənində dağıntıların altından daha 7 işçinin cəsədi çıxarılıb.
Uçqunda ən azı 7 nəfərin yaralandığı bildirilir.

Xilasetmə əməliyyatına kömək üçün əraziyə ağır texnika və canlı qüvvə göndərilib.

Daha çox xəbərlər