Dünya 

Kaliforniyada tüğyan edən meşə yanğınları rekord hektar ərazini əhatə edib – FOTO

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınlarının sahəsi 2018-ci ilin rekordunu qıraraq 809 min hektar ərazini əhatə edib.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə İdarəsindən verilən məlumatda qeyd olunur ki, alovun meşə yanğınları mövsümünün əvvəlində rekord hektar ərazini əhatə etməsi təşviş yaradır.

Qeyd edək ki, ABŞ-da meşə yanğınları təhlükəsi ilə əlaqədar səkkiz milli parkın ərazisinə giriş qadağan edilib.

Daha çox xəbərlər