Sosial 

Azərbaycan COVID-19 pandemiyası dövründə təhlükəsiz ölkələr sırasında – REYTİNQ

Koronavirusun yayılması baxımından Azərbaycan təhlükəsiz ölkələrin sıralamasında 59-cu yeri tutub.

“Forbes” xəbər verir ki, “Deep Knowledge Group” şirkəti araşdırma apararaq yüz dövlətin reytinqini hazırlayıb.

Qonşu Türkiyə 36-cı, Gürcüstan 40-cı, Rusiya 45-ci, Ermənistan isə 73-cü yerləri tuturlar.

Ən təhlükəsiz beş ölkə Almaniya, Yeni Zelandiya, Cənubi Koreya, İsveçrə, Yaponiya hesab olunur.

Ən çətin vəziyyət Somalilend, Cənubi Sudan, Əfqanıstan və Malidə müşahidə edilir.

Daha çox xəbərlər