Sosial 

Şərurlu ailə təsərrüfatçıları soğan yığımına başlayıblar

Şərur rayonunun ailə təsərrüfatlarında soğan yığımına başlanılıb. Əldə edilən məhsul daxili bazarı təmin etməklə yanaşı, həm də qış aylarında əhalinin bu vacib ərzağa olan tələbatının ödənilməsi məqsədilə anbarlara tədarük olunur.

ARANTV.AZ  xəbər verir ki, rayonun Cəlilkənd, Zeyvə, Xələc, Muğancıq-Mehrab, Düdəngə, Sərxanlı, Kürçülü və digər yaşayış məntəqələrində soğanın əkilib becərilməsinə maraq göstərənlər çoxdur.

Soğan Şərur rayonunun torpaq-iqlim şəraitinə uyğun faydalı bitkidir. Odur ki, ailə təsərrüfatçıları bu bitkinin əkininə, onun aqrotexniki qaydalar əsasında becərilməsinə üstünlük verirlər.

Qeyd edək ki, rayonun torpaq mülkiyyətçiləri ötən il 150 hektarda soğan yetişdirib, 2 min 824 ton məhsul tədarük edərək bazar və yarmarkalara çıxarıblar. Ailə təsərrüfatçılarının bu il də əldə etdiyi nəticələr yüksəkdir. Bir çox mülkiyyətçilər hər hektardan 50 tona yaxın məhsul götürürlər.AZƏRTAC

Daha çox xəbərlər