İdman 

Ronaldu Azərbaycan əsilli futbolçunun rekorduna çatmaq üzrədir – VİDEO

Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu Millət Liqasında İsveçə qarşı keçirdiyi oyunda yeni rekorda imza atıb.

“Eurosport” xəbər verir ki, dubl ilə yadda qalan futbolçu millidə vurduğu qolların sayını 101-ə çatdırıb.

Bununla da K.Ronaldu Avropa futbolunun tarixinə millidə ən çox qol vurmuş futbolçu kimi düşüb.

Dünyada isə bu rekord Azərbaycan əsilli iranlı futbolçu Əli Daeiyə (109 qol) məxsusdur.

Daha çox xəbərlər