Millət vəkili cəbhə bölgələrində kommunal qiymətlərin aşağı salınmasını təklif etdi
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev cəbhə xəttində yerləşən kəndlərdə kommunal qiymətlərin aşağı salınmasını təklif edib.
ARANTV.AZ xəbər verir ki, A.Nağıyev təmas xəttində yerləşən bölgələrlə Bakıda kommunal xidmət qiymətləri eynidir.
“Mən təklif edirəm ki, cəbhə bölgəsində kommunal qiymətlər hazırkı tarif qiymətləri ilə müqayisədə ən azı yarıbayarı azaldılsın”, – deyə A.Nağıyev əlavə edib. Oxu.Az

