Dünya 

ABŞ-da narkotik maddə istehsal edilən evdə yeddi nəfər öldürüldü

ABŞ-ın Kaliforniya ştatında marixuana yetişdirilən bir evdə baş verən atışmada yeddi nəfər öldürülüb.

Bu barədə “Los Angeles Times” nəşri məlumat yayıb.

Polislər Aquanqa yaşayış məntəqəsinə gəldikdə evlərdən birində silahla qətlə yetirilən cəsədlər tapıblar.

Polisdən bildirilib ki, ərazi marixuana istehsalı üçün istifadə olunub. Hadisə yerində 453.5 kiloqram marixuana və yüzlərlə bənzər bitkilər tapılıb.

Faktla bağlı araşdırma başladılıb.

Daha çox xəbərlər