Yol qəzası prospektdə sıxlıq yaratdı, avtobuslar tıxacda qaldı
Bakıda daha bir yol qəzası baş verib.
Bakı Nəqliyyat Agnetliyindən verilən məlumata görə, hadisə paytaxtın Z.Bünyadov prospekti Ə.Əliyev küçəsi ilə kəsişmədə (“Koroğlu” metro stansiyası istiqaməti) qeydə alınıb.
Yol nəqliyyat hadisəsi nəticəsində həmin istiqamətdə sıxlıq müşahidə olunur. Sıxlıq bu yoldan keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalına da təsir edir.

