Kriminal 

Salyanda gənc bıçaqlandı

Salyanda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qarabağlı kəndində qeydə alınıb.

Bildirilib ki, kənd sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsinin və qıçının kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Yaxınlarının dediyinə görə, o, İsmayıl adlı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.“Report”

Daha çox xəbərlər