Müəllim və şagirdlər COVİD testindən keçiriləcək? – RƏSMİ AÇIQLAMA
Məktəblərdə tədris prosesi başlayandan sonra müəllim və şagirdlərin COVİD testindən keçirilməsi ancaq onlarda şübhəli hallar aşkarlandıqda mümkün olacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunu Səhiyyə Nazirliyi ilə birgə ediləcək: “Şəxsdə hərarətin qalxması, dadbilmənin itməsi, öskürək olarsa, testdən keçiriləcək”.

