Sosial 

Hansı müəllimlər COVID-19 testindən keçiriləcək? – AÇIQLAMA

Yalnız xəstəlik simptomları olan müəllimlər koronavirus testindən keçiriləcək.

Bu barədə nazirin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında məlumat verib.

O bildirib ki, testlər hər kəsə şamil olunmayacaq:

“İlkin simptomlar dedikdə, hərarət, iybilmə, dadbilmənin itməsi və s. simptomlar olarsa həmin müəllimlərin COVID-19 testi verməsinə zərurət yarana bilər”.

Daha çox xəbərlər