ABŞ-da meşə yanğınlarında 23 nəfər həlak olub
ABŞ-ın qərbində davam edən meşə yanğınları ən az 23 nəfərin həyatına son qoyub.
ARANTV.AZ afqazinfo-ya istinadən xəbər verir ki, yanğınlar nəticəsində Kaliforniyada 19, Oregonda 3, Vaşinqtonda isə 1 nəfər həyatını itirib.
Onlarla insan itkin düşüb, bir neçə nəfər ağır yaralanıb. Yanğın yüzlərlə evi dağıdıb, minlərlə bina qəza vəziyyətinə düşüb.
Ölkədə ümumilikdə 1,8 milyon hektarlıq ərazini əhatə edən 100-dən çox meşə yanğını baş verib.
Daha əvvəl ABŞ Milli Meteoroloji Xidməti Kaliforniyanın Ölüm Vadisində hava istiliyinin + 54.4 ° C-yə qədər qalxdığını və bunun əyalət üçün bir rekord göstərici ola biləcəyini bildirmişdi. İstilik dalğasının qərb sahili boyunca hərəkətinə davam edəcəyi proqnozlaşdırılır. Kaliforniyanın elektrik şəbəkəsinin ağır yüklənməsi səbəbindən bir çox sakin işıqsız qalıb. 18 avqustda ştatda fövqəladə vəziyyət elan edilib.

