Cəmiyyət 

Bakıda məktəbdə 11-ci sinif şagirdi ilə cinsi əlaqədə olan qızdan XƏBƏR VAR – VİDEO

Ötən ilin fevralında Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 11-ci sinf şagirdi Rzayev Cavidanla cinsi əlaqədə olan 7-ci sinif şagirdi məktəbdən azad edilib.

ARANTV.AZ xəbər verir ki, bu barədə a24.az-a sözügedən təhsil müəssisəsindən verilən məlumatda deyilir. Bildirilib ki, məktəbli qız anasının istəyi ilə azad edilib. Onun hazırda Bakıdakı özəl məktəblərdən birində təhsil aldığı bildirilir.

“O uşaq bizim məktəbin psixoloqlarına tez-tez müraciət edirdi. Həmin qıza qarşı məktəbdə heç bir pis münasibət olmayıb. Ümumiyyətlə, o uşaq öz sözünü deyən, hər kəsə qaynayıb-qarışan qız idi”.

Qeyd edək ki, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan şagirdi Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti orqanlara şikayət daxil olub və Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

C.Rzayev saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Daha çox xəbərlər