Pakistanda avtobus aşıb: 17 nəfər ölüb, 8 nəfər itkin düşüb
Pakistanda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 17 nəfər ölüb, 8 nəfər itkin düşüb.
ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə ölkənin şimalında, Kuxistan bölgəsində olub.
Bildirilib ki, avtobusda sürücü ilə birlikdə 25 nəfər ölub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Pakistanda hər il yol-nəqliyyat qəzaları nəticəsində orta hesabla 29 min 300 nəfər ölür.

