Siyasət 

Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin görüşü keçirilib

ARANTV.AZ xəbər verir ki, İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin görüşü keçirilib. Bu, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 7- ci üçtərəfli görüşüdür.

Türkiyə, Gürcüstan və Azərbaycan Xarici işlər nazirləri-Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkalianinin üçtərəfli görüşü İstanbulun tarixi Dolmabaxşa sarayında keçirildi. Regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin bundan əvvəlki görüşlərdə qəbul olunan qərarların icra vəziyyəti müzakirə edildi. Görüşün nəticəsi olaraq  İstanbul Bəyannaməsi imzalandı. Görüşün yekunları ilə bağlı keçrilən mətbuat konfransında Mövlud Cavuşoğlu bildirdi ki, tərəflər birgə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyəti, gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrindən danışaraq diqqətə çatdırdı ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi layihələr böyük bir coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. David Zalkaliani isə qeyd etdi ki, üçtərəfli görüşlər əməkdaşlığın inkişafını daha da sürətləndirir. Hər üç ölkə sülhə, sabitliyə, əməkdaşlığa və inkişafa xüsusi əhəmiyyət verir. Oktyabrın 3-də isə İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü planlaşdırılıb.

Daha çox xəbərlər