Ağcakənddə ağır qəza – ÖLƏN VAR
Goranboy rayonunun ərazisində yerləşən Xocalı rayonunun inzibati mərkəzi Ağcakənd kəndində ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, 1994-cü il təvəllüdlü Araz Hümbətovun idarə etdiyi minik avtomobili yolun kənarına aşıb. Nəticədə 26 yaşlı sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Fakta bağlı Xocalı rayon Polis Şöbəsində araşdırma aparılır.Publika.az

