Qulam İshaqzai: “Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir”
ARANTV.AZ xəbər verir ki, Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai 6-ci Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini şərh edərkən belə deyib. Onun fikrincə, bu Forum dünya ölkələrinin nüfuzlu şəxslərinin bir araya gətirilməsi, regional və beynəlxalq əməkdaşlıq baxımından müstəsna əhəmiyyətə malikdir.
Dünyada münaqişələrin, toqquşmaların baş verdiyi, gərginliklərin artdığı bir zamanda bəşəriyyəti narahat edən məsələlərin Bakıda keçirilən 6-ci Beynəlxalq Humanitar Forumda müzakirəsi son dərəcə əhəmiyyətlidir. Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi, humanitar dəyərləri, insani duyğuları önə çəkməsi dünyaya çağırış kimi yadda qaldı. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai hesab edir ki, işini uğurla başa çatdıran Forumda müzakirə olunmuş məsələlər, aparılmış diskussiyalar birgə əməkdaşlığa, qarşıya qoyulan məqsədlərə böyük töhfə olacaq.
Azərbaycanın bu Forumu keçirməklə, BMT üçün təcrübə mübadiləsi baxımından da geniş imkanlar yaratdığını deyən Qulam İshaqzai ölkəmizin hüquqi və təhlükəsizlik müstəvisində dünya ictimaiyyətinə verdiyi tövhələri yüksək qiymətləndirdi.

