Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının toplantısında təmsil olunur
ARANTV.AZ xəbər verir ki, Beynəlxalq Telekomunikasiya İttifaqının Səlahiyətli konfransı işə başlayıb. Dubay Əmirliyində keçirilən toplantıda ittifaqa üzv dövlətlər tərəfindən informasiya və komunikasiya texnologiyaları üzrə 2020-2023-cü illər üçün yol xəritəsi hazırlanacaq. Konfransda Azərbaycan da təmsil olunur.
İnformasiya və komunikasiya texnologiyaları sahəsində davamlı inkişaf strategiyasının təhlili məqsədilə Birləşmiş Ərəb Əmirliklərində keçirilən mərasimdə ölkəmizi Nəqliyat, Rabitə və yüksək texnologiyalar nazirliyinin rəsmiləri, Azərbaycanın Dubay Əmirliyindəki Baş konsulluğunun nümayəndələri təmsil etdilər. Təşkilatın Baş katibi Hulin Zao dedi ki, Səlahiyətli konfrans Beynəlxalq telekomunikasiya ittifaqının ali qərar qəbuledici orqanıdır və toplantının əsas məqsədi İKT üzrə 2020-2023-cü illər üçün yeni yol xəritəsinin hazırlanmasıdır. Rəsmi açılış mərasimindən sonra regionlar üzrə qrup toplantıları keçirildi. Təmsilçilərimiz Azərbaycanda informasiya komunikasiya texnologiyalarına göstərilən dövlət dəstəyi, hazırda icra olunan layihələr və irəliləyişlər barədə məlumat verdilər. Beynəlxalq Telekomunikasiya İttifaqına 26 il əvvəl üzv olan Azərbaycan 2014-cü ildən İttifaq Şurasının üzvüdür və Şuranın fəaliyətində yaxından iştirak edir.
Səlahiyyətli konfransda ittifaqın idarəetmə orqanına, o cümlədən Baş katib və müavin postlarına seçki keçiriləcək, növbəti 4 il müddətinə strateji hədəflər və planlar müəyən olunacaq.

