Cəmiyyət 

“5-ci Beynəlxalq Dünya Mədəniyyəti Festivalı”nda Azərbaycan guşəsi yaradılıb

ARANTV.AZ xəbər verir ki,Kiyevdə “5-ci  Beynəlxalq Dünya Mədəniyyəti Festivalı” keçirilib. 30-dan çox ölkənin təmsil olunduğu festivalda  əsrarəngiz çalarlarıyla diqqəti cəlb edən Azərbaycanın  zəngin mədəniyyəti və  qədim  adət-ənənələri böyük maraqla qarşılanıb.

Ukrayna Mədəniyyət Fondunun təşəbbüsü ilə keçirilən “5-ci  Beynəlxalq Dünya Mədəniyyəti Festivalı”nda dünyanın  müxtəlif xalqlarının qədim və zəngin mədəniyyət nümunələri nümayiş olunub. Azərbaycanın Ukraynadakı səfirliyi və  Kiyevdə fəaliyyət göstərən Azərbaycan Ticarət evinin birgə təşkil etdiyi Azərbaycan ğuşəsində, xalqımızın qədim adət,ənənələri, zəngin mətbəx mədəniyyəti, o cümlədən, ölkəmizdə istehsal olunan Şuşa, Ağdam və digər  şərab növləri, həmçinin şirniyyat məhsulları festival iştirakçılarının maraqına səbəb olub.  Festivalla tanış olan Ukrayna Prezidentinin xanımı, Ukrayna Mədəniyyət Fondunun rəhbəri Marina Poroşenko Azərbaycan guşəsinin qarşısında xalqımıza xas olan xüsusi qonaqpərvərliklə qarşılanıb. Azərbaycanın milli yeməklər, və qədim mədəniyyət  inciləri ilə yaxından tanış olan  Marina Poroşenko, rəngarəngliyi ilə festivala gözəllik verən Azərbaycan guşəsinin yüksək səviyyəsindən danışıb. Ukraynada fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinin, beynəlxalq təşkilat rəsmilərinin iştirak etdiyi tədbirdə dünyada mədəniyyətlərarası dialoqun, dini tolerantlığın və multukultral dəyərlərin inkişaf etdirilməsinin zəruriliyindən bəhs olunub. Xalqlar dostluğunun təntənəsinə çevrilən festivalda Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi rəngarəng mahnı və rəqs nömrələri böyük sevinclə qarşılanıb.

Daha çox xəbərlər