Sosial 

Ermənilərin su sınağı

Bu isti yay günlərində Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçən və Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının kəsilməsi əhalini sudan məhrum edib. Kənd əhalisi, əkin sahələri və mal-qara susuz qalıb. Humanizm hisslərini çoxdan bir yana atmış  “yazıq,” ”əzabkeş” ermənilər çayın suyunu əzəli sahiblərindən oğurlayaraq öz torpaqlarına yönəldir və iqtisadi cinayətlərə rəvac verirlər. Məkrli düşmənlərimizin məqsədi bizi hər vasitə ilə sıxışdırıb çətin vəziyyətə salmaq, sonra öz çirkin planları ilə razılaşdırmaqdır.

Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır.

Azərbaycan  Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə birgə bəyanat yayıblar. Təəssüf ki, beynəlxalq təşkilatlar ermənilərin bu antihumanizminə hələlik reaksiya verməyiblər.

Xatırladaq ki,  Ermənistan tərəfi əvvəllər də Azərbaycanın sərhəd bölgəsində yaşayan əhalinin suyunu kəsib. Xüsusilə Tovuz və Qazax bölgələri daha çox Ermənistandan gələn sudan asılıdır. Eləcə də Tərtər çayının suyu Sərsəng su anbarında yığılır. Bu anbarın suyundan altı rayonumuz istifadə edir.

Bizim bu cür su embarqosu ilə qarşılaşmağımız qaçılmaz idi. Artıq getdikcə  su ehtiyatları tükənir. Belə olan halda mənbəyini Ermənistandan götürən çayların rasional istifadəsi məsələsi ortaya çıxacaq. Onlar bu çayları özlərinin kənd və fermer təsərrüfatlarının istifadəsinə yönəldirlər.

Vəziyyətdən çıxmaq üçün biz alternativ su mənbələri axtarmalıyıq. Çünki Ermənistan öz bəd əməllərindən əl çəkməyəcək. Onlar qarı düşməndir və hər cür çirkin əməllərə əl atırlar. Biz buna təəccüblənməli deyilik, əksinə, onlara adekvat cavablar hazırlamalı və əhalini su qıtlığı təhlükəsindən qorumalıyıq.  Orada su azalır və qıtlıq var.

Ermənilər su terrorçuluğuna uzun illər əvvəl Dağlıq Qarabağda başlayıblar. Əvvəllər Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbərliyi”  danışıqların aparılması ilə bağlı ölkəmizə təklif edib. Yadınızda varsa, onlar bizə bildirmişdilər  ki, Sərsəng su anbarından birgə istifadə ilə bağlı danışıqlar aparaq, anbarda təmir işləri həyata keçirək və sonda  suyu bölək. Burada bir erməni məkri gizlənirdi.  Ancaq  biz bu danışıqlara getmədik,  getsəydik, onlarda qondarma Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı hansısa illüziya yarana bilərdi. İndi də danışıqlara getməmək üçün alternativ yollar tapılmalıdır. Ən uyğun seçim artezian quyularının qazılması və əlavə bulaq mənbələrinin axtarıb tapılmasıdır.

Təəssüf ki, beynəlxalq təşkilatlarda  bir ölkənin ərazisindən axan çaylara müdaxilə edib digər ölkəni susuzluqla üz-üzə qoymağa görə həmin ölkənin məsuliyyət daşıması ilə bağlı konkret öhdəlik yoxdur. Nəzərə alaq ki, Ermənistan hələ sovet hakimiyyəti illərində Arpa çayının səmtini dəyişərək Naxçıvan torpaqlarını susuz qoydu.  Araz çayının müəyyən məsafədə Ermənistandan keçir. Ancaq onlar bu çaya mane ola bilmirlər. Ziyanverici həşərat xislətli ermənilər Metsamor AES-in atom tullantılarını bu çaya axıtmaqla ekologiyamıza ciddi zərbə vururlar.  Tərtərçaya da çox mane ola bilmirlər və yalnız suyu azaldır və məişət tullantıları ilə çirkləndirirlər.  Qazax rayonu isə ölkənin su baxımından ən təhlükəli bölgəsidir. O bölgədə su çatışmazlığı daha tez üzə çıxır, nəinki Tərtərdə. Çünki Tərtərdə artezian quyuları qazılır və su daha üzdədir. Tovuz və Qazax bölgəsi dağlıq bölgə olduğu üçün su dərindədir. Bulaqların axtarıb tapılması isə çox vaxt aparır.

Bu məsələnin həllində BMT və digər beynəlxalq təşkilatlar birgə komissiya yaradılmasını təklif edə bilərlər. Belə olduğu halda məsələ yaradılan komissiya ilə müzakirə edilməlidir. Hər iki tərəfə təklif olunmalıdır  ki, dağ çaylarının və su mənbələrinin rasional, düzgün istifadəsi üçün danışıqlar masasına otursunlar. Ancaq öhdəlik qoymaq və cəza vermək mexanizmi təəssüf ki, yoxdur. Kəmfürsət ermənilər də bunu bilir və “gəmidə oturub gəmiçi ilə dava edirlər.”

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər