Bakının Sabunçu rayonunda su kəsiləcək
Sabah Bakının Sabunçu rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə “Azərsu” ASC-dən bildirilib.
Bildirilib ki, magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar rayonun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərçiyi və ətraf ərazilərə içməli su olmayacaq.

