Maraqlı 

Payız sindromundan qurtulun…

Qaranlıq, soyuq və külək ən şən və xoşbəxt insanların da əhval-ruhiyyəsini poza bilər. “Payız sindromu” özünü müxtəlif yollarla göstərə bilər: cüzi bir ümidsizlik hissindən başlayaraq, heç bir şey etmək istəməməyə qədər böyüyə bilər. Gündəlik fəaliyyətlərdə istəksizlik və ya həzz ala bilməmək, iştahsızlıq, yuxusuzluq, yorğunluq, konsentrasiya problemləri, baş ağrısı, mədə-bağırsaq problemləri kimi fiziki şikayətlərlə qarşılaşsanız, payız sindromu ilə qarşı-qarşıyasınız

Bəs bu payız sindromundan necə qurtula bilərik?

Gərgin iş cədvəlinizi azaldın. Gün ərzində qısa və tez-tez fasilələr verin. Bu müddətdə şikayətiniz monotonluqdursa, həyatınızı rəngləndirəcək yeni məşğuliyyətlər tapın.

Üzərinizdə fiziki və ya emosional stres yaradan vəziyyətlərdən çəkinin.

İşinizdə və şəxsi həyatınızda məsuliyyətlərinizi tək başına götürməyin. Həmkarları və ya ailə üzvləri ilə komanda işi.

Qısa tətil əlbəttə ən yaxşı dərmandır. İmkanlar daxilində özünüzü məcbur edərək bir neçə gün şəhərdən uzaqlaşmağa çalışın.

Açıq havada və ya havalandırılan otaqda gündəlik 15 dəqiqəlik idman hərəkətləri ürək-damar sistemini və tənəffüsü tənzimləyir. Bundan əlavə toxumalara kifayət qədər oksigen verir.

Payızda bədənin vitamin və minerallara ehtiyacı daha da artır. Buna görə də B vitaminləri, C vitamini və kaliumla zəngin yeməkləri pəhrizinizə əlavə edin. Bol tərəvəz və meyvə istehlak etməyə laqeyd yanaşmayın.

Samirə İsmayılova, “İki sahil”

Daha çox xəbərlər